Maqnit qasırğaları nədir və necə qorunmalıyıq? - MƏSLƏHƏTLƏR
Maqnit qasırğası - Günəşdə baş verən partlayışlar nəticəsində Yerə çatan plazma axınlarının (günəş küləklərinin) Yer maqnit sahəsində yaratdığı pozuntulardır.
Bu hadisələr bəzi insanlarda narahatlıq yarada, rabitə və enerji sistemlərinə təsir göstərə bilər.
Bəs maqnit qasırğalarından necə qorunmalıyıq?
SAVASHMEDİA.az qorunma yollarını təqdim edir:
Günəş fəallığı və maqnit qasırğaları barədə məlumatları izləyin (məsələn, geomaqnit proqnoz saytlarını və ya hava proqnozlarını).
K indeksinin (geomagnit aktivlik göstəricisi) yüksək olduğu günlərdə önləyici tədbir görün.
Daha çox istirahət edin, yuxunuza fikir verin.
Meditasiya, nəfəs məşqləri və yoga kimi sakitləşdirici üsullardan istifadə edin.
Spirt, siqaret və kofe kimi stimullaşdırıcı maddələrdən uzaq durun.
Bol su için.
Sağlam qidalanın (maqnezium və kaliumla zəngin məhsullar faydalı ola bilər).
Açıq havada gəzintilər edin (amma qasırğa zamanı yüksək dağlıq və ya elektromaqnit sahənin güclü olduğu yerlərdən uzaq durun).
Hipertoniya və ya ürək problemi olanlar öz dərmanlarını vaxtında qəbul etməli və mütəmadi olaraq həkimlə məsləhətləşməlidirlər.
Maqnit qasırğası zamanı lazımsız elektron cihazları elektrik şəbəkəsindən ayırmaq tövsiyə olunur.
Yağmur