Lukaşenkonun bığı MDB samitinə damğa vurdu - Putinə aşkar hörmətsizlik + VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko Putinin çıxışı zamanı bığını darayıb.

Dec 22, 2025 - 17:49
Dec 22, 2025 - 18:03
Lukaşenkonun bığı MDB samitinə damğa vurdu - Putinə aşkar hörmətsizlik + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu, Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində qeydə alınıb.

Belə ki, Rusiya Prezidenti Vladimir Putin çıxışına başlayan kimi Belarus Prezidenti Aleksandr Lukaşenko cibindən darağını çıxararaq bığını daramağa başlayıb. 

Həmin görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və gündəm olub.

Qeyd edək ki, bu gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilir. Görüşdə Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan prezidentləri və Ermənistanın Baş naziri iştirak edir. 

Banu