Məşhur müğənni ifşa videoları ilə şantaj olunur - "Hoteldəki görüntülərin əlimizdədir"
Türkiyənin məşhur müğənnisi Kenan Doğulu ifşa videoları ilə şantaj olunur.
SAVASHMEDİA.az xəbər verir ki, sənətçinin telefonuna naməlum nömrədən göndərilən mesajda onu hotel görüntülərinin və avtomobildə etdiyi söhbətlərin yayılacağı ilə hədələyiblər.
Mesajı göndərən şəxslər Kenan Doğuludan 300 min dollar tələb edərək, pulun ona göndərilən hesaba köçürülməsini tələb ediblər.
Şantaj mesajında “əks halda səninlə məşğul olmaq zorunda qalacağıq” ifadəsi yer alıb.
Baş verən hadisədən sonra Kenan Doğulu təhlükəsizliyinin risk altında olduğunu bildirərək rəsmi şəkildə şikayətçi olub.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən başladılan araşdırma zamanı mesajın göndərildiyi telefon xəttinin xarici mənşəli olduğu müəyyən edilib. Hazırda şübhəlinin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.
Aytən
Fotoda Kenan Doğulu