Xanımı Arda Turanın ukraynalı qadınla VİDEOsundan DANIŞDI – “Onunla görüşmüşəm”

Arda Turanın xanımı həyat yoldaşının “Şaxtyor Donetsk” futbol klubunun media direktoru Daria Bondar Savinaya verdiyi müsahibə barədə danışıb.

Sep 5, 2025 - 22:14
Sep 5, 2025 - 22:19
Xanımı Arda Turanın ukraynalı qadınla VİDEOsundan DANIŞDI – “Onunla görüşmüşəm”

SAVASHMEDİA.az xəbər verir ki, Aslıhan Doğan Turan mətbuata verdiyi açıqlamasında yazılan rəylərə güldüyünü deyib.

“Yazılan rəylərə gülmüşdüm. Amma mənlə əlaqəsi yoxdur. Daria Bondar Savinaya gəlincə isə çox şirin xanımdır. Onunla mən də onu görmüşəm, tanışıq. Daria aktyorla ailəlidir. Ümid edirəm ki, yazılan rəylər onları incitməyib” – Aslıhan Doğan Turan bildirib.

“Arda bəylə bu məsələ barədə danışmısınızmı?” sualına Turan belə cavab verib:

“Xeyr danışmamışam, çox gülməlidir, bu barədə niyə danışım ki?”

Qeyd edək ki, Arda Turan bu ildən Ukraynanın “Şaxtyor Donetsk” klubunu çalışdırır. Turanın klubun media direktoru Daria Bondara verdiyi müsahibələrdə üzünə baxmaması, göz təmasından qaçması sosial mediada gündəm olub. İstifadəçilər Turanın bu davranışını xanımı Aslıhan Doğanın qısqanclığı ilə əlaqələndiriblər.

Banu

Əlaqəli xəbərlərin linkləri: 

https://savashmedia.az/arda-turanin-ukraynali-xanim-jurnaliste-davranisi-gundem-oldu-video

https://savashmedia.az/arda-turanin-uzune-baxmadigi-ukraynali-xanim-jurnalist-sok-oldum-video