Arda Turanın üzünə baxmadığı ukraynalı xanım jurnalist - "Şok oldum..." + VİDEO

Arda Turandan götürdüyü reportajla gündəmə gələn Daria Bondar türkiyəli jurnalistin suallarına cavab verib.

Jul 25, 2025 - 23:05
Arda Turanın üzünə baxmadığı ukraynalı xanım jurnalist - "Şok oldum..." + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Ukraynanın “Şaxtyor Donetsk” klubunun media direktoru Daria Bondar ötən gün “Beşiktaş” – “Şaxtyor” matçı üçün İstanbula gəlib.

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Beşiktaş” “Şaxtyor”a 4:2 hesabı ilə uduzub.

Matçdan sonra açıqlama verən Bondar Türkiyəni çox bəyəndiyini deyib:

“İstanbulu, Türkiyəni çox sevdim. Burada məşhur imişəm. Xəbərim yox idi. Şok oldum. Türkiyəli futbol fanatlarından çoxlu məktublar almışam. Onlar məni “Fənərbağça”ya, “Qalatasaray”a, “Beşiktaş”a çağırırlar. Ancaq mən “Şaxtyor”da işləməkdən çox məmnunam. “Şaxtyor”u sevirəm. “Beşiktaş” tərəfdarlarını çox bəyəndim, çox çılğın və enerjilidirlər”.

Bondar Arda Turanın “Şaxtyor”dakı fəaliyyətini yüksək qiymətləndirib:

“Arda Turanı “Şaxtyor”da hamı sevir. Çünki A.Turan klubun bütün işçilərinə, futbolçularına hörmətlə yanaşır, hamını dinləyir, dəstək olur, motivasiya verir. O həm mehriban, həm də çılğındır. Bəzən aqressiv də olur. Lakin bizə güc verən onun xarakteridir.Bizim də, ölkəmizin də hazırda buna ehtiyacı var. Arda Turan hər şeydən öncə çox yaxşı insandır”.

Xatırladaq ki, Daria Bondarın Arda Turanla reportajı Türkiyədə gündəm olub. Belə ki, Arda Turan Bondarın suallarına göz təması qurmadan, yana baxaraq cavab verib. Sosial media istifadəçiləri Turanın jurnalistin üzünə baxmamasını həyat yoldaşı Aslıhan Turandan çəkinməsi ilə əlaqələndiriblər.

Banu

Mövzu ilə bağlı ilk xəbərin linki: https://savashmedia.az/arda-turanin-ukraynali-xanim-jurnaliste-davranisi-gundem-oldu-video