Bu ölkə tanınmış tennisçidə psixoloji xəsarət yaradıb
Serb tennisçi Novak Cokoviç hər dəfə Avstraliyaya daxil olarkən stress keçirdiyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, tennisçi bunu “BBC”yə deyib.
Cokoviç bildirib ki, bu, anti-Covid qaydalarını pozduğuna görə 2022-ci ildə Avstraliyadan deportasiya olunması səbəbindən psixoloji xəsarət alması ilə əlaqədardır.
“Avstraliyaya bir neçə dəfə gələndə pasport nəzarətindən əvvəl bu xəsarəti bir az hiss etdim”, - deyə tennisçi etiraf edib.
Onun sözlərinə görə, pasport nəzarətindən keçəndə immiqrasiyadan kiminsə ona yaxınlaşıb-yaxınmadığını yoxlayır və həmçinin ölkəyə buraxılıb- buraxılmayacağından əmin olmur.
Xatırladaq ki, Cokoviç 2022-ci ilin yanvar ayının əvvəlində “Avstraliya Açıq Çempionatı” üçün Melburna uçsa da, onun vizası sərhəddə ləğv edilmişdi. Bu, ölkəyə səfər etmək üçün tələb olunan COVID-19 peyvəndi ilə bağlı tibbi arayışla izah edilmişdi.
İdmançının vəkilləri rayon məhkəməsində apellyasiya şikayətini qazandıqdan sonra Cokoviç məşqlərə başlasa da, bir neçə gün sonra immiqrasiya naziri Aleks Houk onun vizasını yenidən ləğv etdi. Cokoviç ölkəni tərk etməli oldu və ona ölkəyə girişinə üçillik qadağa qoyulduş Lakin bu yazınlarda yeni hökumət həmin qadağanı ləğv etdi.
Cokoviç “Avstraliya Açıq Çempionatının” on qat qalibidir. 2025-ci ildə “Böyük Dəbilqə” turniri yanvarın 12-dən 26-dək keçiriləcək.
Xatirə SADİQ