"Ukrayna prezidentini sənin evində seçmirlər" - Zelenski ABŞ senatorunu belə doladı 

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ senatoru Lindsi Qremin seçki tələbinə maraqlı reaksiya verib.

Mar 3, 2025 - 12:34
"Ukrayna prezidentini sənin evində seçmirlər" - Zelenski ABŞ senatorunu belə doladı 

SAVASHMEDİA.az-ın xəbərinə görə, prezident bildirib ki, Lindsi Qrem Ukrayna vətəndaşı olmadığı üçün Ukraynadakı seçkilərlə bağlı fikirlərinin onun üçün heç bir əhəmiyyəti yoxdur.

“Mən Qremə Ukrayna vətəndaşlığını verə bilərəm və bu halda o, ölkəmizin vətəndaşı olacaq. Məhz bundan sonra mən onun Ukrayna vətəndaşı kimi “kim prezident olmalıdır” mövzusunda söhbətlərinə qulaq asaram. Senator bilməlidir ki, Ukrayna prezidenti Lindsi Qremin evində deyil, Ukraynada seçiləcək”, - Zelenski bildirib.

Xatırladaq ki, Lindsi Qrem fevralın 28-də Ağ Evdə Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında aparılan danışıqları “tam fəlakət” adlandırıb və Zelenskini istefaya çağırıb.

Oğuz