Rusiyanın “Ufa” sualtı qayığı Filippin sularında peyda oldu
“Rusiya sualtı qayığının Filippin sularında olması ciddi narahatlıq doğurur”.
SAVASHMEDİA.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Filippin prezidenti Ferdinand Markos deyib.
“Qərbi Filippin dənizinə, bizim müstəsna iqtisadi zonamıza hər hansı müdaxilə böyük narahatlıq doğurur”, - deyə o, vurğulayıb.
Filippin Hərbi Dəniz Qüvvələri dekabrın 2-də bildirib ki, “Ufa” sualtı qayığı noyabrın 28-də Qərbi Mindoro əyalətinin Kalavite burnundan 80 dəniz mil qərbdə aşkarlanıb.
Hərbi Dəniz Qüvvələrinə məxsus BRP Jose Rizal (FF150) gəmisi “Ufa” sualtı qayığı ilə radio əlaqə yaradıb. Ekipaj Vladivostoka üzmək üçün hava şəraitinin yaxşılaşmasını gözlədiklərini bildirib. Sualtı qayığın Malayziyadan gəldiyi məlum olub.
Xatirə SADİQ