Şəmkirdə maşın dərəyə aşdı - Yaralıların adları
Şəmkirdə minik avtomobilinin dərəyə aşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
Xəsarət alan şəxslər Şəmkir rayon sakinləri 1971-ci il təvəllüdlü Z. Məmmədov, 1972-ci il təvəllüdlü G. Yolçuyev, 1983-cü il təvəllüdlü N. Səfərov, 1991-ci il təvəllüdlü O. Məmmədov və 1979-cu il təvəllüdlü E. Süleymanovdur.
Xəsarət alanlardan dörd nəfərinin vəziyyətinin orta-ağır olduğu bildirilir. (apa)