Rusiyada təyyarə qəzası, pilot öldü

Rusiyanın Tambov vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Aug 30, 2025 - 15:23
Rusiyada təyyarə qəzası, pilot öldü

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regional İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, təyyarə sərt eniş edib, nəticədə pilot hadisə yerində ölüb.

İstintaq ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olan hava nəqliyyatının hərəkəti və istismarı təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb.

Aytən