Məşhur meyxanaçı qəzaya düşdü - FOTO

Azərbaycanda tanınmış meyxanaçı qəzaya düşüb.

Nov 15, 2025 - 16:36
Məşhur meyxanaçı qəzaya düşdü - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, meyxanaçı Bəxtiyar Salayev (Corat) Bakı-Quba yolunda avtomobillə qəza keçirib. 

O, Təcili Tibbi Yardımla dövlət xəstəxanalarının birinə aparılıb. Ona ilkin yardım göstərildikdən sonra müalicəsini ambulator qaydada davam etdirmək üçün evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bəxtiyar Corat bağlanmış ANS Televiziyasında meyxana yarışmasının iştirakçısı olub.

Bəxtiyar Corat