Alek Bolduinə qarşı cinayət işi bağlandı
2021-ci ildə “Rust” filminin çəkilişləri ilə əlaqədar Nyu-Meksiko hakimiyyəti tərəfindən aktyor Alek Bolduinə qarşı qaldırılan cinayət işi bazar ertəsi bağlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, “Reuters” bu barədə Frist məhkəmə dairəsinin prokurorluğuna istinadən məlumat yayıb.
Agentlik yazır ki, xüsusi prokuror Kari Morrissi şikayətini geri götürüb. Bu barədə “Reuters” Frist məhkəmə dairəsinin prokurorluğunun bəyanatına istinadən məlumat yayıb.
Aktyorun vəkilləri Lyuk Nikas və Aleks Spiro bildiriblər ki, apellyasiya şikayətinib geri götürülməsi qərarı Alek Bolduinin və vəkillərinin ən başdan dediklərini təsdiqləyir. Söhbət ifadəolunmaz faciədən gedir, amma Alek Bolduin heç bir cinayət törətməyib.
Qeyd edək ki, iyul ayında Nyu Meksiko ştatındakı hakim Bolduinə qarşı qeyri-ixtiyari adam öldürmə ittihamlarını rədd etdi. Hakim xüsusi prokuror və şerif ofisinin ukraynaəsilli kinooperator Qalina Hatçinsin ölümünə səbəb olan canlı güllənin mənbəyi ilə bağlı sübutları gizlətməsi barədə aktyorun vəkilləri ilə razılaşdı. Dairə prokurorluğunun ofisi hakimin qərarı ilə qətiyyən razılaşmadığını bəyan etdi.
Bəyanatda deyilir ki, xüsusi prokuror Morrisinin apellyasiya şikayətini geri götürmək qərarı baş prokurorluğun ona ittiham adından istənilən şəkildə apellyasiyaya nail olmaq niyyətinin olmadığını bildirməsindən sonra verilib.
Xatırladaq ki, Santa Fe ətrafında filmin çəkilişi zamanı Alek Bolduinin silahla kinooperatora tərəf atəş açması nəticəsində Hatçins həlak oldu. Məlum oldu ki, filmin baş silah ustası Hanna Qutyerrez-Rid ehtiyatsızlıq edərək silaha əsl döyüş patronu doldurub. Qutyerrez mart ayında qəsdən adam öldürməkdə təqsirli bilindi.
Xatirə SADİQ