Baş nazir istefa verir – Serbiyada
Bir neçə saatdan sonra Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verəcəyini açıqlayacaq.
![Baş nazir istefa verir – Serbiyada](https://savashmedia.az/uploads/images/202501/image_870x_6798a891211e5.webp)
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Republika” nəşri məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 11-də Viçeviç hökumət binasında mətbuat konfransı keçirəcək.
“Indormer” yazır ki, Vuçeviçin istefası Belqradda və Serbiyanın digər şəhərlərində üç aydır davam edən etirazlar fonunda baş verəcək.
Qeyd edək ki, ölkədə etirazlar noyabr ayında Novi Sadda dəmiryol vağzalında tavanın uçması nəticəsində 14 nəfərin həlak olmasından sonra başlayıb.
Xatirə SADİQ