Gömrük Komitəsində maaşlar niyə verilmir? - Sədr "hamı pulunu alacaq" dedi

Son günlər mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydan bəridir ki, əmək haqlarını ala bilməməsinə dair xəbərlər yayılıb.

Jan 28, 2025 - 09:58
Gömrük Komitəsində maaşlar niyə verilmir? - Sədr "hamı pulunu alacaq" dedi

Həmin məlumatlarda bildirilir ki, hər hansı bir səbəb göstərilmədən əmək haqları verilmir.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gununsesi.info-ya açıqlamasında bu barədə suala aydınlıq gətirib: “Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”.