Xalq artisti təcili xəstəxanaya yerləşdirildi - FOTO
Xalq artisti Şahnaz Haşımova Gəncə şəhərində xəstəxanaya yerləşdirilib.
Bu barədə sənətçinin oğlu Tural Abdulayev məlumat verib.
Onun sözlərinə görə, Ş.Haşımova sabah əməliyyat olunacaq.
"Anamın vəziyyəti, şükürlər olsun, yaxşıdır. Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər ki, mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısında əməliyyat edəcəklər", - deyə xalq artistinin oğlu bildirib. (teleqraf)
Fotoda Şahnaz Haşımova