Elman Nəsirovun qızından şok açıqlama - "Atam sahib çıxmır..." + VİDEO 

Milli Məclisin deputatı Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənib.

Oct 24, 2025 - 23:38
Elman Nəsirovun qızından şok açıqlama - "Atam sahib çıxmır..." + VİDEO 

SAVASHMEDİA.az sitat.info-ya istinadla xəbər verir ki, o, həyatının acınacaqlı durumda olduğunu və atasının da buna laqeyd qaldığını bildirib.

L.Əliyeva dəfələrlə qaynatası tərəfindən söyülüb, təhqir edilərək evdən qovulduğunu bildirib. Hazırda qohumlarının evinə sığındığını deyən gənc qadın, iki uşağı ilə birlikdə çarəsiz qaldığını bildirib.

Gecə saatları olduğu üçün deputat Elman Nəsirovun mövqeyini öyrənə bilmədik. Onun da bu haqda mövqeyini dərc etməyə çalışacağıq.

Həmin videonu təqdim edirik: