İnsult keçirən Xalq artistinin səhhəti pisləşdi
“Səhhətim yaxşı deyil. Evdə müalicəm davam edir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
Yaxın günlərdə insult keçirən Xalq artisti bildirib ki, qolunun hərəkəti hələ də bərpa edilməyib: “Müalicə üçün sanatoriyaya getmişdim. Qolumun masajları davam edir”.
Qeyd edək ki, Fatma Mahmudova insult keçirərək ağır vəziyyətdə İstanbul NS Klinikasına yerləşdirilmişdi. Onun 70 yaşı var.
Xalq artisti Fatma Mahmudova