Cümə günü Tramp müayinə olunacaq
ABŞ prezidenti Donald Tramp aprelin 11-də illik tibbi müayinədən keçəcəyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Amerika prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb.
“Cümə günü uzun müddətə planlaşdırılan illik tibbi müayinədən keçəcəyimi elan etməkdən şadam. Özümü heç vaxt bundan yaxşı hiss etməmişəm. Lakin bunu etmək lazımdır”, - deyə Tramp vurğulayıb.
ABŞ prezidenti tibbi müayinənin Uolter Rid adına Hərbi-Tibb Mərkəzində keçiriləcəyini əlavə edib.
ABŞ-də seçkiqabağı kampaniya dövründə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris rəqibini sağlamlığı ilə bağlı məlumatları gizlətməkdə ittiham edirdi. Harris tibbi müayinəsinin nəticələri ilə bağlı öz həkimim məktubunu dərc edərkən, Trampın tibbi qeydlərini açıqlamadığına diqqəti cəlb edirdi.
Xatirə SADİQ