Şərurlu İsfəndiyar TikTokerin onun restoranında döyülməsindən DANIŞDI

“Hollywood” restoranını icarəyə vermişəm. Oranın gündəlik fəaliyyəti ilə maraqlanmıram”.

Jan 22, 2026 - 18:29
Şərurlu İsfəndiyar TikTokerin onun restoranında döyülməsindən DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, bunu “yeni sabah”a açıqlamasında adıçəkilən restoranın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.

O bildirib ki, “Hollywood”dakı kütləvi dava barədə məlumatı yoxdur.

“Hadisədən məlumatsızam. “Hollywood” restoranını icarəyə vermişəm. Ona görə də davadan filan xəbərim yoxdur. Kim nə edir mənə niyə desin? Mənim işim gücüm yoxdur?”, - İsfəndiyar Axundov söyləyib.

Qeyd edək ki, Binəqədi rayonu Azadlıq prospektində yerləşən “Hollywood” restoranında kütləvi dava olub. Hadisə yanvarın 18-də şou-biznes nümayəndələrinə yaxınlığı ilə tanınan prodüser Kənan Məmmədovun ad günü məclisində qeydə alınıb.

Məclisdə iştirak edən Adel adlı tiktoker naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb. Bildirilir ki, tiktokeri döyənlər adı müxtəlif qalmaqallarda hallanan və barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən bir neçə dəfə restoranlarda baş verən dava-dalaşlarla əlaqədar tədbir görülmüş iş adamı Bilal Əlizadə və onun yaxın çevrəsi olub.

Bilal Əlizadə “Star Baku”, “Burju Baku”, “Show Baku”, “Badra Baku”, “Tempo Club” restoranlar şəbəkəsinin rəhbəri kimi tanınır.

Məlumata görə, insident mübahisə zəminində baş verib. Belə ki, Bilal Əlizadə məclisdə iştirak edən qadınlardan birinə yaxınlaşaraq ona qızıl hədiyyə təqdim edib. Bundan sonra tiktoker Adel ona yaxınlaşaraq mübahisə edib. Bu zaman dava düşüb. Bilal Əlizadənin masasında əyləşən bloqer Ümid Kərimbəyli və Rəşad adlı şəxs Adelə fiziki zorakılıq tətbiq edərək ona xəsarət yetiriblər.