Maştağa Psixiatriya Xəstəxanasında əməliyyat - Həkim saxlanıldı
Hüquq-mühafizə orqanları Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında əməliyyat keçirib.
SAVASHMEDİA.az unikal-a istinadla xəbər verir ki, əməliyyat zamanı sözügedən xəstəxananın baş həkiminin müavini - hərbi həkim komissiyasının sədri Elxan Əsədov korrupsiya iddiası ilə saxlanılıb.
Daha sonra o, sərbəst buraxılıb.
Xatırladaq ki, E.Əsədov 2023-cü ildə bu vəzifəyə təyin edilib.
1 saylı Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərovdur.