Paylaşdığı görüntülər Gürcüstanda çəkilibmiş - Ərdoğana yanlış kadrlar verilib? + VİDEO 

Rəcəb Tayyib Ərdoğan AKP qrup toplantısında Saraçhanədə baş verən etirazlarla bağlı 5 dəqiqəlik videoçarx nümayiş etdirib. 

Mar 26, 2025 - 21:13
Mar 26, 2025 - 21:14
Paylaşdığı görüntülər Gürcüstanda çəkilibmiş - Ərdoğana yanlış kadrlar verilib? + VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, sonradan aparılan araşdırma zamanı  həmin 5 dəqiqəlik videodakı bəzi kadrların Türkiyədə deyil, Gürcüstandakı son aksiyalar zamanı çəkildiyi məlum olub.

Həmin video Ərdoğanın X rəsmi hesabından paylaşılıb.

Amma məlum olub ki, videonun 04.15-04.21 saniyə arası hissəsində Gürcüstanda baş verən etiraz aksiyalarından görüntülər yer alıb. Bu görüntülərdə polislə etirazçılar arasında qarşıdurma əks olunub. 
Sözügedən postun 2024-cü ilə aid olduğu və videonun Türkiyədə çəkilmədiyi bəlli olub.

Həmin videonu təqdim edirik: