Kreml və Pekin buna görə sevinir - “Politico”
Tramp administrasiyasının Rusiya və Çinin dezinformasiyası ilə mübarizə aparan mərkəzi bağlaması böyük rezonans doğurub.
SAVASHMEDİA.az “Politico”ya istinmadən xəbər verir ki, agentliyin dezinformasiya üzrə xarici kampaniyalara qarşı mübarizə mərkəzinin bağlandığını dövlət katibi Marko Rubio elan edib.
Rubio öz bəyanatında iddia edib ki, şöbə xidmət etməli olduğu amerikalıların səslərini aktiv şəkildə susdurmaq və senzura etmək üçün milyonlarla dollar xərclədiyib. Onun sözlərinə görə, agentlik ildə 50 milyon dollardan çox vəsait xərcləyib.
“Politico” xatırladıb ki, ötən il aparıcı respublikaçılar mərkəzi tənqid edirdilər. Onlar bunu mərkəzin interneti dezinformasiyadan və dezinformatorlardan təmizləməyə çalışaraq guya mühafizəkarları susdurmağa çalışdığını iddia edirdilər. 2023-cü ildə isə amerikalı milyarder İlon Mask ofisi “ABŞ hökumətindəki ən pis senzura pozucusu” adlandırmışdı.
Lakin mərkəzin tərəfdarları onun Rusiya və Çin dezinformasiyası ilə mübarizədə mühüm rol oynadığını deyirlər. Mərkəz daha əvvəl Afrikada Rusiyanın böyük dezinformasiya kampaniyasını ifşa etmişdi və keçən il təxminən iyirmi başqa ölkə tərəfindən dəstəklənən xarici dezinformasiyaya qarşı mübarizəyə dair beynəlxalq saziş bağlamışdı.
Dövlət Departamentinin məmuru “Politico”ya anonim şəkildə deyib ki, “Kreml və Çin Kommunist Partiyası bu gün sevinir”.
Xatirə SADİQ