Putin keçmiş girovlara bunu təklif etdi 

Rusiya prezidenti Vladimir Putin 7 oktyabr qırğını zamanı HƏMAS tərəfindən əsir götürülən və bugünlərdə azadlığa buraxılan Aleksandr Trufanov, anası Yelena və nişanlısı Sapir Koenlə görüşüb.

Apr 17, 2025 - 13:43
Putin keçmiş girovlara bunu təklif etdi 

SAVASHMEDİA.az bunu kremlin.ru saytına istinadən xəbər verir.

“Düşünürəm ki, HƏMAS-ın siyasi qanadı olan rəhbərliyə bizə yardım etdiklərinə və bu aktı, humanitar aktı həyata keçirdiklərinə və sizi azad etdiklərinə görə minnətdarlıq sözlərini bildirməliyik. Bununla əlaqədar sizi təbrik etmək istəyirəm”, - deyə Putin vurğulayıb.

Yeri gəlmişkən, İsrailə hücum günü HƏMAS yaraqlıları Trufanovun atasını qətlə yetiriblər.

Xatirə SADİQ