Britaniya drona qarşı yeni silahı sınaqdan keçirdi – “Financial Times”
Böyük Britaniyanın Müdafiə Nazirliyi pilotsuz uçan aparatlar ilə mübarizə məqsədilə elektron silahın yeni növünü sınaqdan keçirib.
SAVASHMEDİA.az bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, bu silah müasir döyüş meydanlarında, o cümlədən Ukrayna müharibəsində tətbiqolunma potensialına malik ola bilər.
RapidDestroyer silahı uzaqdan dron elektronikasını söndürmək və ya sıradan çıxarmaq üçün güclü radiotezliklərdən istifadə edir. O, eyni anda bir neçə pilotsuz təyyarəni vura bilən enerji şüası buraxır.
Böyük Britaniyanın Müdafiə Nazirliyindən bildirilib ki, son sınaqlar zamanı bu silahla səkkiz pilotsuz təyyarədən ibarət iki dəstəni məhv etmək mümkün olub. Bütün sınaqlar zamanı 100-dən çox dron məhv edilib.
Xatirə SADİQ
Foto: UK MoD