Dəfn mərasimində pıçıltı - Trampla Zelenskinin Vatikan görüşündən FOTOLAR
Fotolar və görüntülər sosial şəbəkələrə və beynəlxalq mediaya yayıldıqca, dünyanın diqqəti mərmər döşəməli zala yönəlib.
Papa Fransiskin dəfn mərasimindən öncə İki lider qarşı-qarşıya əyləşib, səssiz, amma dərin pıçıltılarla danışırlar. Onların jestləri, bədən dilləri, sakit danışıq tonu bir çox diplomatın illərlə edə bilmədiyini ifadə edirdi – bu, sadəcə protokol deyil, gizli mesajlarla dolu bir sülh dili idi.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın Vatikanda görüşdüyün təsdiqləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, “X” platformasındakı paylaşımında bildirib.
“Bu tarixi görüşün əhəmiyyətini təsvir etmək üçün heç bir sözə ehtiyac yoxdur”, - deyə o qeyd edib.
Sibiqa iki liderin Vatikanın Müqəddəs Pyotr Bazilikasında sülh uğrunda bir araya gəldiyin vurğulayıb.