Selfi çəkə-çəkə Mərakeşdən Seutaya üzdü - Milyonların izlədiyi həmin VİDEO
Mərakeşdən İspaniyanın Seuta anklavına qanunsuz keçid etməyə çalışan gəncin çəkdiyi görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.
SAVASHMEDIA.az xəbər verir ki, viral videoda gəncin əlində selfi çubuğu ilə açıq dənizdə üzərək özünü lentə aldığı görünür.
Kadrlarda onun İspaniya ərazisi olan Seutaya doğru irəlilədiyi əks olunub.
Hadisə son günlər Seutada yaşanan miqrant böhranı fonunda baş verib. Yerli hakimiyyətin məlumatına görə, qısa müddətdə on minlərlə insan Mərakeşdən Seutaya keçməyə cəhd edib. Keçidlər zamanı çox sayda insan xəsarət alıb, ən azı 57 nəfərin həyatını itirdiyi bildirilir.
Oğuz