Epşteyn azyaşlı qızları baha qiymətə alırmış? - Türkiyə qarışdı
“Ceffri Epşteyn müxtəlif illərdə 9 dəfə Türkiyəyə səfər edib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu qatıldığı proqramda Türkiyənin İYİ Partiyasının TBMM-dəki qrup sədri və millət vəkili Turhan Çömez bildirib.
“İtkin düşmüş uşaqlarla bağlı Türkiyə Statistika Komitəsinə (TÜİK) sorğu göndərmişik. Məlum oldu ki, itkin uşaqlarla bağlı məlumatlar 2008-2016-ci illəri əhatə edir. 2016-ci ildən bəri Türkiyə Statistika Komitəsində heç bir itkin uşaq qeydi yoxdur. Sözügedən 8 illik müddətdə (2008-2016) isə 104 min 531 uşaq itkin düşüb”, - millət vəkili qeyd edib.
T.Çömez vurğulayıb ki, həmin 8 il Epşteynin cinayətlərinə davam etdiyi illərdir və dünyanın gündəminə çevrilmiş dosyelərdə Türkiyədən qız uşaqlarının aparıldığı yazılıb:
“Epşteyn 9 dəfə Türkiyəyə səfər edib. Onun şəxsi bank hesabından Türkiyəyə 200 milyon dollar transfer edilib. Bu barədə “Epşteyn faylları”nda sənəd var. Bu sənəddə Türkiyədən azyaşlı qız uşaqlarının “Epşteyn adası”na aparıldığı, ingiliscə bilmədikləri üçün xüsusi çətinlik çəkdikləri qeyd edilib. Bu, çox böyük insanlıq cinayətidir”.
Banu