“Fənərbağça”da kritik toplantı, Ali Koç "günahkar mənəm" dedi - İstefa elanı? 

“Fənərbağça”nın  Ali İdarə Heyəti erkən seçim tələbi ilə bağlı toplantı keçirib.

Apr 26, 2025 - 19:04
“Fənərbağça”da kritik toplantı, Ali Koç "günahkar mənəm" dedi - İstefa elanı? 

SAVASHMEDİA.az xəbər verir ki, toplantıda çıxış edən “Fənərbağça” prezidenti Ali Koç son zamanlarda üzləşdikləri haqsızlıqları dilə gətirib, nəticələrin ürəkaçan olmadığını, itirilən xallarla çempionluq şansının əldən verildiyini bildirib:

“Haqlı olaraq bir anda bütün cameəmizin əhvalı dəyişdi, bədbinləşdik. Çox məyus olduq. Bəziləriniz haqlı olaraq aqressivləşdiniz. Xəyallarınızın puç olduğunu yaxşı anlayırıq, mən də, bütün idarə heyəti də eyni hissləri bölüşürük. Lakin bizim məyus olub, şikayət etməyə haqqımız yoxdur. Bu problemləri həll etməliyik”.

Ali Koç komandanın uğursuz nəticələri ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyünü də deyib:

“Heç vaxt heç kimi günahkar göstərməmişəm, həmişə demişəm, uğursuzluq varsa, puç olan xəyallar varsa, cavabdehi başqandır. İndiyə qədər də əlimizdən gələnin ən yaxşısını etməyə çalışmışıq. Ancaq qəbul edin ki, futbol, doğru heyət, böyük investisiya ilə deyil, mübarizə, əzm, ədalət və bəzən də şansla yazılan bir hekayədir”.

Klub prezidenti il ərzində həm meydançada, həm də hüquqi cəhətdən mübarizə apardıqlarını bildirib:

“Təbii ki, ikincilik heç birimizi qane etmir. İllərdir, zirvə üçün oynayırıq, ancaq ikinciliklə kifayətlənmək məcburiyyətində qalırıq. İllərdir, sistem bizim haqqımızı yeyir. İllərdir, mübarizə aparırıq.Bu mübarizə həm çətin, həm maddi cəhətdən baha başa gəlir. TFF (Türkiyə Futbol Federasiyası)  ilə aramızda çox zaman fikir ayrılıqları olub. Məsələn, Ər Riyad məsələsi. Cəzası sadəcə bizə kəsildi. TFF ilə bir problemimiz olanda bir siyasətçi belə bizi barışdırmağa çalışmadı”. 

Ali Koç başqanlıqdan getməyəcəyini də bildirib:

“Bu mövsüm yaşananları ədalətli futbol üçün milad kimi qəbul edirik. Biz sadəcə öz haqqımız üçün deyil, Türk futbolu üçün mübarizə aparırıq, aparmağa da davam edəcəyik.Bu yol asan deyil. Sizin üçün qiyməti olmaya bilər, amma bu, gələcək üçün aparılan mübarizədir. Biz idarə heyəti olaraq vəzifəmizin başındayıq və mübarizəmizə davam edəcəyik”.

Xatırladaq ki, 2023-cü ildə Türkiyə Super Liqasının Fənərbağça ilə Qalatasaray arasında keçiriləcək final matçı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutmalı idi. Lakin Ərəbistan hökuməti futbolçuların Atatürk şəkilli köynək və Atatürkün sözlərinin yazılı olduğu pankartlarla meydana çıxmasına icazə verməmişdi. Hər iki klub buna görə Ərəbistanı tərk edib Türkiyəyə qayıtmışdı. 

Banu