CHP lideri Ərdoğana duel təklif etdi - "Cəsarətli ol! Ya sən, ya mən..."

Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün Mersin şəhərində “Millət iradəsinə sahib çıxır” şüarı ilə mitinq keçirib.

Apr 26, 2025 - 18:28
CHP lideri Ərdoğana duel təklif etdi - "Cəsarətli ol! Ya sən, ya mən..."

SAVASHMEDİA.az xəbər verir ki, Yenişehir meydanında baş tutan mitinqdə CHP başqanı Özgür Özel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana səslənib. 

O, Ərdoğanı siyasi duelə dəvət edib. Məğlub olarsa, istefa verəcəyinə söz verib:

“Buradan bütün millətimizin önündə cənab Ərdoğana siyasət tariximizin ən böyük üzləşməsini, duelini təklif edirəm.Deməli, belə edəcəyik. Əkrəm İmamoğlunun mühakiməsi canlı yayımda olacaq. Sonra Türkiyənin bütün anket şirkətlərindən nəticələri alıb baxacağıq. Millətimiz Əkrəm İmamoğlunun günahkar olduğuna inansa, mən siyasətdən gedəcəyəm. Əksi təqdirdə sən gedəcəksən. Hətta sənə 25% avans da verirəm. Sənin prokurorun haqlıdırsa, mən istefa verəcəyəm, Ə.İmamoğlunun haqlı olduğu ortaya çıxarsa, sən istefa verəcəksən. Cəsarətin varmı? Hodri meydan”.

Özgür Özel İstanbul Böyükşəhər bələdiyyəsində korrupsiya iddiaları ilə bağlı bu gün sübh tezdən 47 nəfərin saxlanılmasına da reaksiya verib:

“Bu səhər olan həbslərə görə Ərdoğana səslənirəm. Sən nə edirsən? Bu saatda ilan da adam dişləməz”.

Banu