Paşinyandan İsrailin "erməni soyqırımı" qərarına REAKSİYA - Gözlənilməz BƏYANAT

Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin qondarma "erməni soyqırımı"nı tanıması ilə bağlı rəsmi İrəvanın mövqeyini açıqlayıb.

Jun 29, 2026 - 23:32
Paşinyandan İsrailin "erməni soyqırımı" qərarına REAKSİYA - Gözlənilməz BƏYANAT

SAVASHMEDİA.az xəbər verir ki, Paşinyan Ermənistanın bu qərara rəsmi reaksiya vermək niyyətində olmadığını deyi.

Baş nazirin sözlərinə görə, bu məsələnin siyasi alətə çevrilməməsi Ermənistanın milli maraqlarına uyğundur.

"Biz buna reaksiya verməyi lazımsız hesab edirik, çünki "erməni soyqırımı" məsələsinin siyasi silah kimi istifadə olunmaması məhz Ermənistan Respublikasının maraqlarına uyğundur. Yaxın dövrdə bu istiqamətdə hər hansı bir bəyanat və ya reaksiya gözlənilmir."

Qeyd edək ki, İsrail hökuməti iyunun 28-də qondarma "erməni soyqırımı"nın tanınması barədə qərar qəbul edib. Qərar hələ parlament tərəfindən təsdiqlənməlidir. Bu addım İsrail-Türkiyə münasibətlərinin gərgin olduğu dövrdə atılıb və Ankaranın sərt etirazına səbəb olub.

Oğuz