"Ruslar buna razı olmadılar" - Rubio
Ukrayna məsələsində "ideal məqsəd" atəşkəs deyil, tam sülh razılaşmasıdır.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ dəvlət katibi Marko Rubio belə deyib.
O, NBC News-un Ukraynada atəşkəslə bağlı sualını cavablandırıb.
M.Rubio bildirib: "Hamı razılaşır ki, bu münaqişəyə son qoymağın ən yaxşı yolu tam sülh razılaşmasıdır. Bu barədə heç bir sual yoxdur... Məncə, bu, müharibəni bitirmək üçün ən yaxşı yoldur. Təəssüf ki, ruslar buna razı olmadılar, amma bizim axtardığımız ideal məqsəd bu müharibənin tam sona çatmasıdır".
O, həmçinin əlavə edib ki, razılığa gəlməyin yeganə yolu tərəfləri razı salmaqdır.
“Zelenski də Vaşinqtona bunun üçün gəlir”, - Rubio bildirib.