Xəstəxanaya yerləşdiriləcəyi deyilən Ramiz Rövşən DANIŞDI

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid sosial şəbəkə hesabında şair Ramiz Rövşənlə danışdığını bildirib.

Aug 26, 2025 - 23:29
Aug 26, 2025 - 23:29
Xəstəxanaya yerləşdiriləcəyi deyilən Ramiz Rövşən DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

“Ramiz Rövşənlə danışdım. Özünü yaxşı hiss etdiyini dedi. Qeyd etdi ki, ayağındakı ağrılar stabil qalır. Amma səhhəti ilə bağlı yayılan xəbərlər xeyli şişirdilmişdir”, – Rəşad Məcid yazıb.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyindən verilən məlumatda Ramiz Rövşənin ayağındakı problem səbəbindən yeriməkdə çətinlik çəkdiyi və yaxın günlərdə xəstəxanaya müraciət edəcəyi qeyd olunmuşdu.

Aytən İbrahimova