Kəlbəcərdə partlayış, yaralılar var

Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.

Aug 26, 2025 - 23:07
Kəlbəcərdə partlayış, yaralılar var

SAVASHMEDİA.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar Kəlbəcərdə yeni inşa olunmuş binalardan birində qaz xəttinin çəkilişində çalışanlardır.