Qazaxıstan klubu ÇL-nin əsas mərhələsində - İLK DƏFƏ

Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Aug 27, 2025 - 00:11
Aug 27, 2025 - 00:13
Qazaxıstan klubu ÇL-nin əsas mərhələsində - İLK DƏFƏ

SAVASHMEDİA.az xəbər verir ki, Almatı təmsilçisi pley-off mərhələsində Şotlandiyanın "Seltik" komandasını üstələyib.

Hər iki oyunda 0:0 hesabı ilə nəticələndiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan qazaxıstanlılar əsas mərhələyə yüksəlib - 3:2.

Qeyd edək ki, Qazaxıstan klublarından daha əvvəl "Astana" 2015/16 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.