Tramp Ər-Riyadda vəliəhd şahzadəsi qarşıladı - FOTO
ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə səfrini Səudiyyə Ərəbistanından başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
ABŞ-nin 47-ci prezidentini Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman qarşılayıb. Halbuki, xarici liderləri, adətən, əyalət qubernatoru və ya digər vəzifəli şəxs qarşılayır.
Agentlik yazır ki, Tramp Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfər edəcək. Səfərin gedişində Trampın üç ölkə ilə sazişləri elan edəcəyi gözlənilir. Bu sazişlər süni intellekt, enerji əməkdaşlığının genişləndirilməsi və Səudiyyə Ərəbistanına yeni silah satışını əhatə edəcək.
Bundan başqa, Qəzza zolağındakı müharibə və İran məsələsinin də müzakirə mövzuları olacağı ehtimal edilir.
Xatirə SADIQ