Nəsimi Nəbizadənin qaçması ilə bağlı video zarafat idi... - Mərkəz rəhbərindən ETİRAF

“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovun son müsahibəsində olduqca maraqlı məqamlar yer alıb.

Jan 9, 2026 - 21:04
Nəsimi Nəbizadənin qaçması ilə bağlı video zarafat idi... - Mərkəz rəhbərindən ETİRAF

SAVASHMEDİA.az xəbər verir ki, musavat-a danışan Ceyhun Salmanov etiraf edib ki, bir müddət öncə Nəsimi Nəbizadənin mərkəzdən qaçmasına dair yalan video paylaşıblar:

Sual: Nəsimi bəyin qaçması ilə bağlı bir dəfə də video çəkmişdiniz və sonra etiraf etmişdiniz ki, bu, zarafatdır. Dünən baş verənlər ikinci şou deyil ki?

- Biz Qarabağa gedəndə həmin videonu yoldaşlar zarafatla çəkmişdilər. Əvvəldən də görünürdü ki, bu, zarafat üçün çəkilib.

- Axı siz məsuliyyətli işlə məşğul olan reabilitasiya mərkəzisiniz. Nədən belə zarafata və videoya ehtiyac duyursunuz?

- Gəzinti idi, özümüz üçün əylənirdik, işdən danışmırdıq.

- Mətbuatda və sosial şəbəkələrdə yazırlar ki, bu qaçış da şoudur. Hətta bildirilir ki, dünən Saray qəsəbəsində sizi Nəsimi Nəbizadədən çox “TikTok”da canlı yayımı izləyənlərin sayı maraqlandırıb.

- Heç bir plan, şou yoxdur. Nəsimi tək bizim deyil, hamının itkisi oldu. Biz ona bu məsələdə yaxşı maarifləndirmə apara bilən şəxs kimi baxırdıq. Özlərindən uydururlar, biz şou yaratmırıq.

- Mərkəzdə telefondan istifadəyə icazə verilirmi? Nəsimi bəyin hazırda telefonu haradadır?

- Xeyr, icazə verilmir. Onun telefonu mərkəzdə seyfdə saxlanılır. Pasiyentlər telefon istifadə etsə, müalicə mümkün olmaz.

- İddia olunur ki, Nəsimi bəyi orada məcburi şəkildə, özünüzü reklam etmək üçün saxlamısınız…

- Ceyhun Əsgərov da bizdə müalicə olunur. Onu da məcburi saxlayırıq? O, Nəsimi bəydən 5 gün sonra gəlib. Nəsimi “patı”dan o qədər istifadə edib ki, nə etdiyini bilmir. Narkotik insanı zombiləşdirir. Özü gəlmək istəsə, geri qayıdacaq. Biz onunla görüşüb söhbət etmək istəyirik. Gəlmək istəsə gələcək, istəməsə də cənnətin də, cəhənnəmin də yolu bəllidir.