2027-ci ildə rayonlara büdcədən pul ayrılmayacaq - Sakinləri nə gözləyir?

2027-ci ildən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın heç bir şəhər və rayonuna dövlət büdcəsindən dotasiya ayrılmayacaq.

Nov 18, 2026 - 23:53
2027-ci ildə rayonlara büdcədən pul ayrılmayacaq - Sakinləri nə gözləyir?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məlumat verib. 

Beləliklə, rayon və şəhərlər xərclərini öz yerli gəlirləri hesabına qarşılamalı olacaqlar.

Bəs bu dəyişiklik bölgə sakinlərinin gündəlik həyatına necə təsir edəcək?

Rayonlara dotasiyanın kəsilməsi ilk növbədə yolların təmiri, küçələrin işıqlandırılması, təmizlik və abadlıq işlərində problemlər yarada bilər. Rayonun daxili imkanları məhdud olarsa, bu işlərə ayrılan vəsait azala, bəzi təmir və yenilənmə işləri isə yubana bilər.

Digər tərəfdən, rayonların gəlirlərini artırmaq üçün vergi və ödənişlərin yığılması gücləndirilə bilər. Bu isə sahibkarlar və əmlak sahibləri üçün əlavə maliyyə yükü yarada bilər.

Qeyd edək ki, dotasiyanın ləğvi məktəblərin, xəstəxanaların və digər dövlət müəssisələrinin maliyyələşdirilməsinin dayandırılması demək deyil. Bu sahələrin əsas maliyyə təminatı mərkəzi dövlət büdcəsi və müvafiq dövlət proqramları vasitəsilə həyata keçirilir.

Oğuz