İran ABŞ-yə yalvarır? - Rubiodan açıqlama
ABŞ dövlət katibi Marko Rubio İranın Vaşinqtonla razılığa gəlmək üçün davamlı cəhdlər etdiyini deyib.
SAVASHMEDİA.az xəbər verir ki, Rubio İran tərəfinin demək olar ki, hər gün ABŞ ilə əlaqə saxlayaraq saziş bağlamaq üçün yalvardığını bildirir.
Bununla yanaşı, o vurğulayıb ki, Vaşinqton diplomatik həll yoluna açıq qalsa da, Tehran hələ də danışıqlarda ciddi və etibarlı mövqe nümayiş etdirmir.
ABŞ dövlət katibi əlavə edib ki, Vaşinqton yalnız real nəticə verəcək razılaşmada maraqlıdır və İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək. O, öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə bunun nəticələrinin olacağını da vurğulayıb.
Aytən