Salyanda yoxa çıxan çobanla bağlı ŞOK FAKT - Qoyunlar tapıldı, özü isə... + FOTO

Salyan rayonu Qırxçıraq kəndində heyvanlarla birlikdə yoxa çıxan 26 yaşlı gənclə bağlı bəzi yeni təfərrüatlar məlum olub.

Jul 23, 2026 - 13:42
Jul 23, 2026 - 14:03
Salyanda yoxa çıxan çobanla bağlı ŞOK FAKT - Qoyunlar tapıldı, özü isə... + FOTO

SAVASHMEDİA.az xatırladır ki,  kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.

Bildirilir ki, itdiyi iddia olunan sürüdə ümumilikdə 85 baş xırdabuynuzlu heyvan olub. Onlardan 55-i qoyun, 30-u isə keçi olub. Aparılan axtarışlar zamanı 71 baş heyvan tapılıb. Məlumata əsasən, R.Rüstəmov 14 baş heyvanı özü ilə aparıb.

Bundan başqa, iddiaya görə, bu, onun törətdiyi ilk belə hadisə deyil. Bildirilir ki, o, əvvəllər də oxşar hadisə törədib və bir müddət sonra yenidən evə qayıdıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.

Aytən

Fotoda Ramiz Rüstəmov