Zelenski Azərbaycan prezidentinə və xalqına başsağlığı verdi
Ukrayna prezidenti Volodimir Zelenski “Azərbaycan Hava Qolları”na məxsus təyyarənin qəzaya uğramasında Rusiyanı günahlandırıb.
SAVASHMEDIA.az xəbər verir ki, Zelenski bu barədə “X” sosial şəbəkəsində yazıb.
Ukrayna prezidenti qeyd edib ki, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin dəhşətli qəzaya uğraması ilə bağlı getdikcə daha çox təfərrüatlar ortaya çıxır.
“Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm. Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir. Qəza yerindəki aydın dəlillər Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir”.
Ukrayna lideri beynəlxalq birliyi təyyarə faciəsinə görə Rusiyaya təzyiq göstərməyə çağırıb: “Əgər Rusiya MH17-də olduğu kimi (2014-cü il iyulun 17-də Ukraynanın Donetsk vilayətində vurulmuş Malayziyanın “Boeing 777” sərnişin təyyarəsi) yalan yaymaq yolunu seçərsə, biz həqiqəti üzə çıxarmaq və ədaləti təmin etmək üçün bütün beynəlxalq səyləri birləşdirməliyik”.
Xatirə SADİQ