Ukrayna prezidenti Şimali Koreyanı ittiham etdi – cinayətkarlar koalisiyasındadır

“Şimali Koreya Rusiyanı təkcə silahla deyil, həm də Rusiya zavodlarında işləməli olan insanlarla təmin edir”.

Oct 16, 2024 - 15:38
Ukrayna prezidenti Şimali Koreyanı ittiham etdi – cinayətkarlar koalisiyasındadır

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə president Volodimir Zelenski parlamentdə çıxışı zamanı bildirib.

“Hazırda Putinlə birlikdə cinayətkarlar koalisiyasında Şimali Koreya – 20 milyondan çox koreya xalqını əsarətdə saxlayan Kim ailəsi də vardır. Bizim kəşfiyyat Şimali Koreyadan Rusiyaya yalnız silah ötürülməsini deyil, həm də insanların ötürülməsini qeyd edir. Bu, müharibədə həlak olan rusların yerinə Rusiya zavodları üçün fəhlələrdir. Və Rusiya ordusu üçün şəxsi tərkibdir”. 

Zelenski vurğulayıb ki, bu, Ukraynaya qarşı müharibədə Rusiya tərəfində ikinci dövlətin iştirakıdır. 

“Hər kəs İran rejiminin Putinə yardımını, eləcə də Çinin Rusiya ilə əməkdaşlığını görür. Bəyanatlara baxmayaraq, Pekin Putini dayandırmaq, təcavüzü dayandırmaq və Rusiyanın BMT nizamnaməsini pozması üçün həqiqi ciddi, təsirli addımlardan çəkinir”, - deyə Zelenski əlavə edib.

Xatirə SADİQ