84 yaşlı Al Paçino 1 yaşlı oğlundan danışıb kövrəldi – “Hər an hər şey ola bilər” + VİDEO

“Qocalıq haqqında düşünmürəm, amma mən onu hiss edirəm”.

Oct 16, 2024 - 15:28
84 yaşlı Al Paçino 1 yaşlı oğlundan danışıb kövrəldi – “Hər an hər şey ola bilər” + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki,bunu memuarlarını yazan 84 yaşlı məşhur amerikalı kinoaktyor Al Paçino “BBC”yə deyib.

“Bu yaşda yenidən ata olmaq necə hissdir?” sualına kinoaktyor belə cavab verib: “Bu inanılmazdır, Bu, sadəcə möhtəşəmdir!”.

Qocaman aktyor yeni doğulmuş övladından danışıb: “Mənim bu kiçik dostumun etdiyi hər şey mənim üçün maraqlıdır. Biz danışırıq, mən onun üçün dodaq qarmonunda çalıram. Bu, bir növ bizim ünsiyətimizə çevrilib. Məncə, ikimiz də məmnunuq ”. 

O, bildirib ki, hər zaman övladının yanında olmaq istəyir: “Əlbəttə, mən bu uşağın yanında olmaq istəyirəm. Amma hər istənilən an şey baş verə bilər. Bununla belə, ümid edirəm ki, sağlam olacağam. Və, əlbəttə, o, böyüyüb atasını tanıyacaq”.

Qeyd edək ki, Al Paçinonun oğlu Roman ötən il, aktyorun 83 yaşı olanda, anadan olub. Uşağı dünyaya aktyordan 50 yaş kiçik olan Nur Alfalla gətirib. Bu, aktyorun sayca 4-cü övladıdır.

Xatirə SADİQ