Azərbaycan Ermənistana benzini buna görə göndərib - Ziyafət Əsgərov açıqladı
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-a geniş müsahibə verib.
SAVASHMEDİA.az xəbər verir ki, sülh prosesi ilə bağlı son durumu dəyərləndirən Ziyafət Əsgərov Azərbaycan tərəfinin Ermənistana neft göndərməsinin səbəblərinə də toxunub.
Həmin müsahibədən kiçik çıxarışı təqdim edirik:
"Sülh sazişinin paraflanması və digər amillər məhz Azərbaycanın təşəbbüsü ilə baş tutan məsələlərdir. Rəsmi Bakı məhz bu addımları ilə sülhün bərqərar olmasında maraqlı olduğunu nümayiş etdirir. Bir müddət öncə Azərbaycan öz ərazisindən Ermənistana taxılın göndərilməsinə razılıq verdi. Bu günlərdə isə Azərbaycan tərəfindən neft məhsulları Ermənistana göndərildi. Bütün bunların gələcək əməkdaşlığın konturları hesab edilir. Rəsmi Bakı bunda maraqlıdır. Nəhayət, Ermənistan tərəfi bunu anlamalı, başa düşməlidir".