"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi dünyasını dəyişdi
“Xəzər Lənkəran” və “Sumqayıt”ın sabiq məşqçisi Elbrus Məmmədov dünyasını dəyişib.
SAVASHMEDİA.az xəbər verir ki, o, ötən gecə vəfat edib. E.Məmmədovun ölümünün səbəbi hələlik məlum deyil.
E.Məmədovun 52 yaşı var idi. Onun son iş yeri "İrəvan" idi.
Qeyd edək ki, Məmmədov 2015-16-cı illərdə “Xəzər Lənkəran”ın baş məşqçisi olub.