“Fənərbağça” onu da aldı - Transfer bombası
Braziliyalı qapıçı Edersonun transferi ilə bağlı Türkiyə təmsilçisi “Fənərbağça” və İngiltərənin“Mançester Siti” klubu razılığa gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
“Ederson “Fənərbağça”ya keçir, hər şey hazırdır! Braziliyalı qapıçının Türkiyə klubuna keçidi üçün şifahi razılıq əldə olunub. Transferin məbləği təxminən 13–14 milyon avro təşkil edəcək və bu vəsait “Mançester Siti”yə ödəniləcək. Həmçinin futbolçunun agenti Jorje Mendeş və idman direktoru Devin Özeklə şəxsi şərtlər də razılaşdırılıb. Növbəti plan — Donnarumma və “Mançester Siti”dir” - deyə, Romanonun paylaşımında qeyd olunub.
Qeyd edək ki, Ederson 2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur. Onun ingilislərlə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Cari mövsümün Premyer Liqadakı ilk iki turunda “şəhərlilər”in qapısını Ceyms Trafford qoruyub.