"Zelenskinin bu planı alınmayacaq, milyon faiz" - Putinin köməkçisi

"Ukrayna Prezidenti Volodimir Zelenski Krımı milyon faiz qaytara bilməyəcək".

Dec 14, 2025 - 19:11
"Zelenskinin bu planı alınmayacaq, milyon faiz" - Putinin köməkçisi

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Moskva.Kreml.Putin" verilişinə müsahibəsində deyib.

"Onda bu məsələdə heç nə alınmayacaq. Krımı nəzərdə tuturam - milyon faiz alınmayacaq. Ukraynanın NATO-ya daxil olması məsələsində də eyni cür düşünürəm - milyon faiz heç nə alınmayacaq", - deyə o vurğulayıb.

Daha əvvəl NATO-nun baş katibi Mark Rütte qeyd etmişdi ki, Ukraynanın alyansa qəbul edilməsi üçün bütün üzv ölkələrin razılığı tələb olunur.

Aytən