"Gecə raketlər evimin üstündən keçirdi, dedim səfəri təxirə salım" - Ukrayna XİN rəhbəri

Ukrayna apardığı mübarizədə Azərbaycanın onun müstəqilliyini tanımasından çox məmnundur

May 25, 2025 - 14:39
May 25, 2025 - 19:38
"Gecə raketlər evimin üstündən keçirdi, dedim səfəri təxirə salım" - Ukrayna XİN rəhbəri

“Azərbaycanda olmağa şadam. Xüsusi qonaqpərvərliyə görə təşəkkür edirəm. Uzun müddət Bakıda olmamışam. Azərbaycadakı inkişaf məni yaxşı mənada çox təəccübləndirdi. Bu qədər gözəl və rahat mühitdə olmaq mənim üçün bir qədər fərqlidir”.

SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ötən gecə Ukrayna ərazilərini kütləvi atəşə tutub:

“Həmin gecə raketlər və dronlar mənim evimin üzərindən keçirdi. Səfəri təxirə salmağı da düşünürdüm. Lakin artıq bu gün buradayam. Ukrayna apardığı mübarizədə Azərbaycanın onun müstəqilliyini tanımasından çox məmnundur”.