“Suriya Rusiya hərbi bazalarından qurtulmalıdır” – Kaya Kallas

Rusiya hərbi bazalarından qurtulmaq Avropa İttifaqının (Aİ) Suriyanın yeni hakimiyyət orqanları arasında dialoqun başlanmasının şərtlərindən biri ola bilər. 

Dec 17, 2024 - 13:31
“Suriya Rusiya hərbi bazalarından qurtulmalıdır” – Kaya Kallas

SAVASHMEDİA.az “Moscow Times”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas xarici işlər nazirlərinin Brüssel görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Bura Afrika və cənub qonşularımızla bağlı fəaliyyətlərin aparıldığı bazadır. Bu da Avropanın təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Biz bu məsələni qaldıracağıq”, - deyə Kallas vurğulayıb.

Kallas bildirib ki, Brüssel Suriyanın müvəqqəti hökuməti ilə əlaqə yaratmaq üçün Aİ-nin vropa İttifaqının yüksək səviyyəli diplomatını Dəməşqə göndərib.

Onun sözlərinə görə, Aİ-nin əksər nazirləri Suriyanı Rusiyanın təsirindən qurtarmaq zərurətini dəstəkləyir. Xüsusilə, bu məsələni Niderlandın xarici işlər naziri Kaspar Veldkamp qaldırıb. 

“Rusiyanın Suriyadakı hərbi bazalarına gəlincə, biz Rusiyanın çıxmasını istəyirik”, - Veldkamp qeyd edib.

Niderlandlı nazir hesab edir ki, Rusiya hərbi bazalarının bağlanması Bəşər Əsədə qarşı üsyana rəhbərlik edən “Heyət Təhrir əl-Şam” (HTS) qruplaşmasına qarşı sanksiyaların ləğvi üçün şərt olmalıdır. Bu qruplşma Aİ tərəfindən terror təşkilatı kimi tanınır. 

Bu arada “Bloomberg” xəbər verib ki, Rusiya Suriyada hərbi mövcudluğunu saxlamaq üçün keçid hökuməti ilə müqavilə bağlamağa daha yaxındır.

“Reuters”in məlumatına görə, Moskva qoşunlarını bazalardan çıxarmağı planlaşdırmır. Kreml qeyd edib ki, onlar Suriyadakı hərbi obyektlərin taleyini yeni hakimiyyətlə müzakirə edirlər. 

Xatirə SADİQ