Gömrük Komitəsinin 4 əməkdaşı saxlanıldı, ikisi xanımdır - ADLAR

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Jun 11, 2026 - 22:02
Gömrük Komitəsinin 4 əməkdaşı saxlanıldı, ikisi xanımdır - ADLAR

SAVASHMEDİA.az "unikal"a istinadən xəbər verir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb. Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlardır.

İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb.

Qeyd edək ki,  həbs edilənlər Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirovun əməkdaşlarıdır.