Rövşən Əsgərov rusiyalı jurnalistlə mübahisə etdi
Tanınmış intellektual, Rusiyadakı “Çto, Qde, Koqda” klubunun keçmiş oyunçusu Rövşən Əsgərov Rusiyanı sərt tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rövşən Əsgərov rusiyalı jurnalist Yuri Duda müsahibəsində deyib.
O, bildirib ki, Rusiyaya heç yazığı gəlmir və Ukrayna ilə sərhədyanı bölgələrə raket zərbələrinin endirilməsi onda heş bir mərhəmət hissi doğurmur.
Jurnalistin “Belqorod uşaqları kürək və skuterlə müharibələri necə dayandırmalı idilər?” sualına həmyerlimiz belə cavab verib: “Bax, sənin övladlarınız var. Uşaqlarının naminə sən nə etməzdin ki? Niyə onların valideynləri bunu qəbul edir? Onlara hərbi forma geyindirirlər…”.
Aparıcı: “Təsəvvür et ki, onların valideynləri ilə bəxti gətirməyib. Niyə onlara (valideynlərinə - red.) görə məsuliyyət daşımalıdırlar?
Rövşən Əsgərov: “Yaxşı, Yura, bu həyatdır. Onlara yazığım gəlsə, nə baş verəcək?
Aparıcı: “Bax, buna necə yanaşmaq sənin öz işindir. Mənim işim bunu aydınlaşdırmaqdır”
Rövşən Əsgərov: “Mən onları öldürməyə çağırmıram. Bu, ümumiyyətlə, adamyeyənlikdir, bu, sırf faşizmdir. Mən deyirdim ki, Belqorodda evin bombalanması ilə bağlı xəbər mənə qətiyyən təsir etmir. Belqorodda bir evi bombaladılar, hə, bombaladılar. Sudja sakinləri evsiz qaldılar, hə evsiz qaldılar. Bu, statistikadır. Orada (Ukraynada – red.) isə faciədir”.
Xatirə SADİQ